Tovuz rayonunda zəhərlənmə hadisəsi olub.
“Report” xəbər verir ki, Abulbəyli kənd sakini, 1988-ci il təvəllüdlü Ş.Qarayeva yediyi göbələkdən zəhərlənib.
O, yaxınları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərilən qadının vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.