Dünya

İraqda İŞİD-in hücumu dəf edilib

İraqda “Həşd əş-Şəəbi” qruplaşması mayın üçü ölkənin şərqində yerləşən Sələh-əd-Din bölgəsində dörd İŞİD yaraqlısını məhv edib.

“İzvestiya” xəbər verir ki, qruplaşmanın 21-ci briqadasının qüvvələri Əl-Eys rayonunda terrorçuların hücumunu dəf edərək, onları geri çəkilməyə məcbur edib.

Xatırladaq ki, şənbə günü İraq höküməti İŞİD yaraqlılarının qruplaşmanın 35-ci briqadasına hücum etməsi barədə xəbər yaymışdı.

Hücum nəticəsində “Həşd əş-Şəəbi”nin doqquz döyüşçüsü həlak olub.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir