“Bakıətrafı qəsəbələrdən həddən çox şikayət gəldiyi üçün həmin xətlər üzrə əlavə avtobuslar sifariş edilib”.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu BNA-nın rəhbəri Vüsal Kərimli deyib.
O bildirib ki, sərnişin sıxlığı avtobus sayına görə yox, tıxaca görə yaranır: “Biz pandemiya dövründə nəqliyyat sıxlığı olmadığı üçün dayanma-durmaya görə cərimələnməni dayandırmışdıq. Bu dövrdə 48 295 nəqliyyat vasitəsinin cərimələnməsi qeydə alınıb, lakin qərar qəbul olunmayıb.
Bəzi nəqliyyat vasitələrinin xaotik parklanma etməsi avtobusların hərəkətinə ciddi maneə yaradıb. Buna görə də mayın 1-dən cərimələnmələrə yenidən başlamağa məcbur olduq”.