Manşet

Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA

Bu gün baş tutan Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev karantin rejiminin yumşaldılmasından sonra yoluxmanın artmasını təsdiq edərək, karantinin yenidən sərtləşdirilməsi şərtlərindən danışıb.

Zirveyolu.info xəbər verir ki, sədr hər şeyin vətəndaşlardan aslı olduğunu bildirib: “Bu bizdən asılıdır. Söhbət müxtəlif cərimələrdən, sərt tədbirlərdən də getmir. Burda vətəndaş məsuliyyəti lazımdır. Sərtləşmə məqsədli olmamalıdır.

Amma biz görsək ki, yoluxma çoxalır, xəstələrimiz artır, ayrılmış xəstəxanalarda yerlərimiz yoxdur, səhiyyə öhdəsindən gələ bilmir, o zaman sərtləşdirilmə ilə bağlı dövlətə, Nazirlər Kabinetinə təkliflər verəcəyik”

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir