Manşet Siyasət

Nazirdən erməniyə: İşğalla nə qazandınız? – REPLİKA

Elmar Məmmədyarov erməni jurnalistinə doğru irad bildirib, düzgün sual verib ki, Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?!

Sonxeber.az xəbər verir ki, bunu politoloq Natiq Cəfərli qeyd edib.

O, ötən gün Azərbaycan XİN baçısı Elmar Məmmədyarovun erməni jurnalistinə verdiyi sualla bağlı bir sıra məqamlara diqqət çəkib:

“Əgər Ermənistan Rusiyanın oyununa gəlib işğalçı siyasətə başlamasaydı, bu gün neft-qaz kəmərləri Ermənistandan keçəcəkdi, onlar daha varlı, Rusiyanın altında olmayan dövlət olacaqdılar. Ermənilər işğalçılıq etməsəydilər, indi bütün Cənubi Qafqaz AB və NATO üzvü idi.

Ermənilər müvəqqəti olaraq Qarabağ və ətrafını işğal etdilər, əvəzində Bakıda, Sumqayıtda, Gəncədə yaşamaq hüququnu itirdilər. Əgər münaqişə olmasaydı, bu gün erməni əsilli Azərbaycan vətəndaşları BP-də, bank sektorunda, biznesdə ciddi vəzifələr tutub pul qazanacaqdılar.

Bunları nəzərə alsaq, Elmar müəllim düz deyib, bənzər sualı mən də 10 il əvvəl Parisdə Ermənistan rəsmilərinə vermişdim və öz axmaq işğalçı siyasətlərinə görə nələri itirdiklərini izah etmişdim”.

Qeyd edək ki, Elmar Məmmədyarov ötən gün Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı proqramının 10 illiyi ilə bağlı yubiley toplantısında erməni jurnalistinə “Ermənistan Qarabağı işğal etməklə nə qazanıb?” deyə sual edib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir