İdman

“LUKoil”un vitse-prezidenti koronavirusa yoluxub

Rusiyanın “LUKoil” neft şirkətinin vitse-prezidenti, Moskvanın “Spartak” futbol klubunun sahibi Leonid Fedun COVID-19 virusuna yoluxub.

Bu barədə TASS agentliyi məlumat yayıb.

L.Fedun bu gün xəstəxanaya yerləşdirilib. Onun səhhəti barədə başqa məlumat verilmir.

L.Fedun 1991-ci ildə “LUKoil” konserninin yaradılmasında iştirak edib, 1994-cü ildə isə şirkətin vitse-prezidenti vəzifəsinə təyin olunub.

İş adamı 2003-cü ildə “Spartak” klubunun səhmlərinə sahib çıxıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir