Koronavirus infeksiyasının qarşısını almaq məqsədilə küçəyə çıxmaq qadağan edildikdən sonra evdə internetdən istifadə edənlərin sayı artıb. Əksər abonentlər ölkədə fəaliyyət göstərən mobil operator və provayderlərin karantin günləri ərzində istifadəçilərinə müəyyən güzəştlər etməsini gözləyir.
Bu günlərdə istifadəçilərin internet imkanlarını yaxşılaşdıracaq hansı təkliflər var?
Əlaqə saxladığımız internet provayderlərindən bəziləri güzəştlərin nəzərdə tutulmadığını desə də, imtiyazlar təklif edənlər də olub.
Mövzu ilə bağlı ARB TV-nin “Günə Doğru” proqramında süjet yayımlanıb.
Ekspertlər bildirirlər ki, koronavirus pandemiyası dövründə telekommunikasiya sənayesinin üzərinə böyük yük düşür. Bu amil nəzərə alınaraq, bir çox ölkələrdə internetin əlçatanlığının təmin olunması üçün müəyyən addımlar atılıb və pulsuz internet xidmətləri təklif edilib.
Eləcə də, ölkəmizdə operatorlar əvvəlcədən ödəniş sistemini tətbiq edir. Yəni ödənişi et, sənə xidmət göstərim. Amma mövcud vəziyyətdə bu sistem əksər abonentlər üçün heç də arzuolunan deyil.