Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri olduğu nazirlikdə keçirdiyi əməliyyatdan danışıb.
Nazir Gununsesi.org saytına açıqlamasında bir dövlət orqanının başqa bir qurumda əməliyyat keçirdiyini deyib:
“Mən indidən geniş nəsə söyləyə bilmərəm. Əməliyyat olub, tutulanlar var. Yəqin ki, hər şey aydınlaşacaq. Biz hüquqi dövlətdə yaşayırıq, əgər neqativ nəsə varsa, ona da hüquqi qiymət veriləcək”.