“Azqranata” şirkətinin baş direktoru (CEO) Anar Bayramov istefa verib.
Publika.az xəbər verir ki, o, bu barədə qərarını feysbukda açıqlayıb:
“Çox fikirləşdikdən sonra Azqranata-dan ayrılmaq qərarına gəldim. Artıq qərarımı elan etmişəm, ayın sonuna kimi işləri təhvil verəcəyəm”.
Qeyd edək ki, A.Bayramov daha əvvəl “Modern Group” və “Dəmirbank”da rəhbər vəzifələrdə çalışıb.