Çinin Pekində yerləşən ən böyük bazarlarından sayılan “Sinfadi”də koronavirus aşkarlanması paytaxtda epidemiyanın yayılması riskini olduqca yüksək edir.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Pekin rəhbərliyinin mətbuat xidmətinin sözçüsü Syuy Hetszyanyanın sözlərinə görə, bazarda və ətraf rayonlarda epidemioloji yoxlamalar aparılacaq, infeksiya mənbəyi aşkar ediləcək, həmçinin yoluxma ocağı və qonşu rayonlarda testlər aparılacaq.