Cəmiyyət

Taksilərin fəaliyyətində məhdudiyyət olacaq? – RƏSMİ

Xüsusi karantin rejimində taksilərin fəaliyyətində məhdudiyyət olmayacaq.

Publika.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev Operativ Qərargahın bugünkü brifinqində deyib.

“Müştəri ilə sürücü arasında şəffaf arakəsmələr olmalıdır. Eyni zamanda sürücü və müştərilər mütləq maskadan istifadə etməlidir”, – o bildirib.

 

Kamran Əliyev vətəndaşları zərurət olmadığı halda evi tərk etməməyə çağırıb:

“Bəzən vətəndaşlar posta yaxınlaşanda SMS icazə alırlar. Xahiş edirik ki, belə hallar yaşanmasın”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir