Cəmiyyət

Karantin postunda axtarışda olan şəxs saxlanıldı

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə 21.06.2020-ci il saat 00:00-dan 22.06.2020-ci il 00:00-dək olan müddət ərzində nəqliyyat vasitələri ilə hərəkətdə olan 1440 nəfər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə isə həmin Məcəllənin 211.2-ci maddəsi ilə 132 nəfər olmaqla ümumilikdə 1572 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

Bildirilib ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 350 nəqliyyat vasitəsi paytaxt, 350 avtomobil rayon istiqamətinə geri qaytarılıb, bir nəfər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi ilə axtarışda olan şəxs aşkar edilib, bir nəfər sərnişin isə polisin qanuni tələblərinə tabe olmayaraq mübahisə etdiyi üçün barəsində qanunvericiliyə uyğun qaydada müvafiq sənədləşmə aparılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir