Cəmiyyət Manşet

Azərbaycanda dövlət xəstəxanasında koronavirus testinə görə 50 manat ödəniş tələb olunur? – RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda analiz üçün ödəniş tələb edilməsi barədə məlumat yayılıb.

İddia edilir ki, sözügedən səhiyyə ocağında müxtəlif müayinələr üçün fərqli məbləğlər tələb olunur. Misal üçün, koronavirus (COVID-19) testinin aparılması 50 manata başa gəlir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva Oxu.Az-a açıqlamasında bildirib ki, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda laborator xidmətlər ödənişli əsaslarla göstərilmir:

“Orada koronavirus testləri aparılmır”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir