Cəmiyyət

İcra başçısından sonra həyat yoldaşı və müavinində də koronavirus aşkarlandı

Gornaboy Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini Ceyhun Həsənovda koronavirus aşkarlanıb. Unikal.org  xəbər verir ki, C.Həsənov koronavirus (COVİD-19) infeksiyasına yoluxub. O, hazırda Mərkəzi Gömrük Hospitalına yerləşdirilib. Goranboy İcra Hakimiyyəti karantinə alınıb. Qeyd edək ki,  Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyevin həyat yoldaşında da koronavirus aşkarlanıb. Onlar da Mərkəzi Gömrük Hospitalında müalicələrini davam etdirirlər. Unikal.org
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir