Manşet

Emin Ağalarov Rusiyanın ən uğurlu gənc mədəniyyət xadimləri siyahısında

“Forbes” Rusiyanın yaşı 40-dan az olan ən uğurlu mədəniyyət, moda və idman xadimlərinin siyahısını hazırlayıb.

Bu barədə nəşrin rəsmi saytında məlumat yerləşdirilib.

Siyahıya gəlirləri illik bir milyon dollardan az olmayan şəxslər daxil edilib. Həmçinin KİV-də və sosial şəbəkələrdə istinad baxımından hesablanan populyarlıq, internetdə axtarış, “Instagram” və “Youtube” izləyicilərinin sayı da meyar olaraq qəbul edilib. Reytinq iştirakçılarının orta yaşı 32 olub.

İlk pillədə döyüşçü Həbib Nurməhəmmədov, ikinci yerdə teleaparıcı Olqa Buzova, üçüncü yerdə müğənni Yeqor Krid, dördüncü yerdə hokkeyçi Aleksandr Oveçkin, beşinci yerdə isə Kseniya Sobçak qərarlaşıblar.

2020-ci ildə siyahıya beş yeni sima daxil olub: Artemi Panarin (9-cu), tennisçi Danil Medvedev (12-ci), müğənni Zivert (15-ci), repçi “Morgenstern” (21-ci), “Comedy Woman”ın rezidenti Yekaterina Varnava (37-ci).

Daha altı ulduz reytinqə 2010-2018-ci illər siyahısından qayıdıb: boksçu Sergey Kovalyov (22-ci), futbolçular Fyodor Smolov (28-ci), Aleksandr Qolovin (32-ci), aktyor Danil Kozlovski (35-ci) və reper “Noize MC3” (38-ci).

Reytinqə həmçinin Timati, Basta, Dima Bilan, Polina Qaqarina, Sergey Lazarev, Artyom Dzyuba, Yevgeni Malkin, İrina Şeyk, Anastasiya İvleyeva, “Little Big”, Yuri Dud, Qarik Harlamov, Sergey Kovalyov, Karen Xaçanov, “Wylsacom”, Mariya Şarapova, Elcey, Semen Slepakov, Emin Ağalarov, Mixail Qalustyan, Alina Zagitova, Aleksandr Petrov, Mot, Natalya Vodyanova, İda Qaliç və Danil Trifonov da daxil olublar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir