“Qərb siyasətçiləri İkinci dünya müharibəsi ilə bağlı həqiqətləri bilir, ancaq dərsliklərdə və, KİV-də başqa ideyaları təbliğ edirlər”.
TASS-ın məlumatına görə, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib.
“Qərb siyasətçiləri, mütəxəssisləri və tarixçiləri hər şeyi gözəl bilirlər. Onlar Sovet İttifaqının deyil, faşist Almaniyasının 22 iyun 1941-ci ildə Sovet İttifaqına hücum etdiyini bilmirlər?”, – deyə V.Putin bildirib.
O, qeyd edib ki, sözügedən şəxslər dərsliklərdə bu məsələ ilə bağlı başqa bir gündəmi təbliğ edir, eyni şey KİV-də də baş verir.