Kriminal

Bakı sakininin mənzilindən qızıl və pul oğurlandı

Bakının Nəsimi rayonunda mənzildən oğurluq hadisəsi baş verib.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Rayonun Həzi Aslanov küçəsindəki evdə yaşayan 1966-cı il təvəllüdlü A.Mehdiyev 22-ci Polis Bölməsinə müraciət edib. Onun sözlərinə görə, iyunun 24-də naməlum şəxs mənzilinin qapısını sındıraraq, evdən 180 avro və 1200 dollar pulu, eləcə də, 8500 manat dəyərində qızıl-zinət əşyalarını aparıb.

Hazırda əməliyyatçılar oğurluqda şübhəli şəxsin kimliyini müəyyənləşdirməyə çalışırlar.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir