Sosial

Kapital Bankın sistemi çökdü? – Müştəri şikayətləri artdı

Son bir neçə gündə ölkənin aparıcı banklarından biri olan Kapital Bankın fəaliyyəti ilə bağlı müştərilər bir sıra çətinliklərlə üzləşiblər.

“BakuPost”un məlumatına görə, müştərilər bank vasitəsi ilə kreditlərini ödəməkdə, o cümlədən xaricə pul göndərməkdə problemlərlə qarşılaşıblar. Pul köçürmələri nə onlayn qaydada, nə də nəğd formada etmək mümkün olmayıb. Bağlanan banklarda qalan və adıçəkilən quruma köçürülən əmanətlərini almaq üçün banka üz tutanlar da eyni problemi yaşayıblar.
Şikayətçilərin sözlərinə görə, uzun müddət növbə gözləsələr də onlara sistemdə problem olduğu, növbəti gün banka yaxınlaşa biləcəkləri deyilib.

Bankdan verilən məlumata görə, isə son iki gündə həm sistem, həm də saytda təkmilləşmə işləri aparıldığından müştərilərin bəzi çətinliklər ilə qarşılaşa bilər. Problemin günün sonuna kimi həll ediləcəyi gözlənilir.

Bundan başqa müştərilər saatlarla növbə gözləməklərinə baxmayaraq bankın xidmətlərindən yararlana bilməməkdən şikayət edirlər. Buna cavab olaraq isə bankıdan sosial ödənişlər və bağlanmış bankların əmanətlərinin qaytarılması ilə bağlı müraciətlərin sayının həddindən artıq çox olmağı göstərilir. Bildirilir ki, məhz bu müştərilərin növbələrdə daha çox vaxt sərf etməsi, ləng xidmətə gətirib çıxarır. “Buna çox təəssüf edirik və müştərilərimizə daha operativ xidmət göstərə bilməyimiz üçün müvafiq işlər görülür”.

Xatırladaq ki, Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik Şurasının qərarına əsasən, “Atabank” ASC və “Amrahbank” ASC-də qorunan əmanətlərin kompensasiyaların verilməsi üçün agent bank qismində “Kapitalbank” ASC seçilib.

Kapital Bankın sistemi çökdü?
Kapital Bankın sistemi çökdü?

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir