ABŞ Prezidenti Donald Trampın qohumu Meri Tramp özünün yeni “Həddən artıq və heç vaxt çatışmayan: mənim ailəm dünyanın ən təhlükəli insanını necə yaratdı” adlı kitabında dövlət başçısının əvəzinə onun tapşırıqlarını yerinə yetirən və imtahanları verən şəxsin adını açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Müəllifin sözlərinə görə, ABŞ-ın hazırkı lideri kiçik yaşlarından başqalarını öz maraqları naminə aldatmağa və əzab verməyə hazır olub. D.Trampın yaxın qohumu öz kitabında bildirib ki, onun üçün yalan ilk növbədə ətrafdakılara özünü olduğundan daha yaxşı göstərmək üçün bir üsuldur.
Meri Tramp bildirib ki, gələcək dövlət başçısının ev tapşırıqlarını bacısı Merienn həll edib. Fordem Universitetini bitirməmiş D.Tramp digər universitetə keçmək qərarı verib. Bu Pensilvaniya Universiteti olub.
Prezidentin qohumu bildirib ki, həmin vaxt D.Tramp “ağıllı oğlan” kimi tanınan və imtahanlardan uğurla keçən hansısa Co Şapiroya pul ödəyib.