Manşet

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – Foto

Abşeron rayonunda karantin qaydalarını pozaraq övladına toy etmiş sabiq deputat İlhаm Əliyev hakim qarşısına çıxarılıb. Abşeron Rayon Məhkəməsində Ramiz Mehdiyevin kürəkəni, keçmiş deputat İlham Əliyevə hökm oxunub.

O, 15 sutka inzibati həbs cəzası alıb.

Abşeron rayon Məhkəməsində onun və toy məclisində iştirak etmiş daha bir neçə nəfərin cəzalanacağı gözlənilir. Cəzanın nədən ibarət olacağı bir azdan məlum olacaq.

Adıçəkilən şəxslər İnzibati Xətalar Məcəllənin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirləndirilirlər.

Bu xətaya görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdən görüntülər mətbuatda və sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə hazırda vəzifə tutan və sabiq məmurların toy mərasimində iştirak etdiyi görünür.

Ramiz Mehdiyevin kürəkəni 15 sutka həbs edildi – Foto

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir