Dünya

İlham Əliyev Gürcüstan prezidentinə başsağlığı verdi

Prezident İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı verib.

AZƏRTAC-ın yayımladığı başsağlığı mətnində deyilir:

“Hörmətli xanım Prezident,

Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir