Avqustun 15-də Abşeronda bıçaqlanma hadisəsi baş verib.
Abşeron Rayon Prokurorluğundan verilən məlumata görə, rayon sakini Şəhanə Məmmədova əri Baba Məmmədov tərəfindən bıçaqlanıb.
Bildirilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.
Aparılan araşdırmalar nəticəsində hadisənin qısqanclıq zəminində baş verməsi müəyyən olunub.
B.Məmmədov Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.