“Şagirdlərə ilk dərs günündə koronavirusla bağlı təlimat verilməsi nəzərdə tutulur”.
Bunu Təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, müəllimlərin maskadan və üz sipərindən istifadə etməsi, şagirdlərin məktəbə daxil olarkən maska taxması, şagirdlərin məktəbdə temperaturunun ölçülməsi nəzərdə tutulur:
“Şagirdlərə ilk dərs günündə koronavirusla bağlı təlimat verilməsi nəzərdə tutulur. Məktəblərdə bufetlər, yeməkxanalar və soyunub-geyinmə otaqları ilə bağlı qaydalar olacaq. Bu qaydalara uyğun olmayanlar fəaliyyət göstərməyəcək”.