Məktəblərdə şagird sayının təşkili ilə bağlı uyğun planlar hazırlanıb, məktəblərə göndəriləcək.
Bunu Təhsil naziri Emin Əmrullayev Təhsil Nazirliyinin bu gün keçirdiyi brifinqdə deyib.
“Bu normalar müəyyənləşdirilir. Sinif otaqlarının həcminə görə şagird sayı təşkil olunacaq. Məktəblərdə siniflərin dərsə getməsi növbəli şəkildə təşkil oluna bilər. Məsələn, sinfin bir qismi səhər növbəsində, digər qismi isə günorta növbəsində dərsə gedə bilər. Valideynlər övladlarının hansı günlərdə dərsə getməsini öyrənmək üçün məktəblərə müraciət edə bilərlər”, – nazir qeyd edib.