Hərbi çevriliş zamanı qiyamçılar tərəfindən girov götürülən Malinin eks-prezidenti İbrahim Bubakar Keyta sərbəst buraxılıb.
“Jeune Afrique” agentliyi bu barədə prezidentin ailəsinə istinadən məlumat yayıb.
Xatırladaq ki, avqustun 18-də Malidə qiyam qaldıran hərbçilər bəzi nazirləri və yüksək rütbəli zabitləri həbs ediblər.
Bir gün sonra Mali prezidenti İbrahim Bubakar Keyta tutduğu vəzifədən istefa verdiyini və parlamenti buraxdığını elan edib.