Abşeron rayonu, Novxanı kəndində, dənizdə, nəzarətsiz ərazidə bir nəfər batıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 1995-ci il təvəllüdlü İmamhüseynov Anar Rasim oğlunun meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.