Manşet

TƏBİB rəsmisi kimlərə antivirus preparatları verilmədiyindən danışdı

Virus simptomsuz keçirsə, antivirus preparatları verilmir.

Oxu.Az-ın müxbiri Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi brifinqdən xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri Akif Qurbanov deyib.

O bildirib ki, bu gün virusa simptomsuz yoluxanlara, sadəcə, vitamin müalicəsi tətbiq edilir:

“Ümumiyyətlə, virusu simptomsuz keçirən şəxslərə evdə müalicəyə də antivirus preparatlar təyin edilmir. Bu, yalnız xəstəxana şəraitində simptomlu xəstələrə tətbiq edilir. Onu da qeyd edim ki, bu gün xəstəxanalarda koronavirus xəstələrinin də sayında azalma var”.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir