Türkiyənin “Kurtlar Vadisi” serialında “Tombalacı” rolunu canlandıran məşhur aktyor Haldun Boysan vəfat edib. O, “Mariya ilə Mustafa” serialının çəkilişi üçün getdiyi Nevşehirdə qaldığı hoteldə ürəktutması keçirib.
Bu barədə “HaberGlobal” xəbər yayıb.
Məlumata görə, yoldaşları onu təcili xəstəxanaya çatdırıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, peşəkar aktyor “Kara Melek”, “Gemide”, “Çılgın Bediş”, “Aşkın Dağlarda Gezer”, “Merdoğlu”, “Nisan Yağmuru”, “Vasiyet”, “Gülbeyaz”, “Karaoğlan”, “Hürrem Sultan”, “Kurtlar Vadisi”, “Esir Şehrin Gözyaşları”, “Brindar”, “Aynalar”, “Bir Aşk Hikayesi”, “Cennet Mahallesi”, “Canım Ailem”, “Beni Unutma”, “O’nun Hikayesi”, “Bahtiyar Ölmez”, “Egenin Hamsisi” və sair ekran əsərlərindəki rolu ilə sevilib.