Manşet

“Azəryol” avrokubokda mübarizəyə nə vaxt başlayacaq?

Həndbol üzrə qadınlar arasında Azərbaycan çempionu elan edilən “Azəryol” komandası noyabrda avrokuboklarda yarışacaq.

Bu barədə  Azərbaycan Həndbol Federasiyasının İdman Şöbəsinin müdiri İsgəndər Əsgərov xəbər verib.

Onun sözlərinə görə, komandamız ən zəif liqa olan EHF Kubokunda mübarizə aparacaq.

Komandamız birbaşa III mərhələdən başlayacaq. II mərhələdən qalib ayrılan doqquz komanda “Azəryol”un da yer aldığı 23 komanda arasına düşəcək. III mərhələ noyabrda keçiriləcək.

Qeyd edək ki, 10/11 oktyabr və 17/18 oktyabr tarixlərində II mərhələnin oyunları keçiriləcək. Artıq dünən bu mərhələnin püşkü atılıb.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir