Kriminal

Azərbaycanda dörd uşaq anasının ata evinə qayıtması faciə ilə nəticələndi – TƏFƏRRÜAT/YENİLƏNİB

Şabran rayonunda qadının qardaşı tərəfindən öldürülməsinin bəzi təfərrüatları məlum olub.

Report-un verdiyi məlumata görə, rayonun Ağbaş kəndində qeydə alınan hadisə ailə münaqişəsi zəminində baş verib.

Belə ki, kənd sakini 1990-cı il təvəllüdlü Elşən Abdulov 4 uşaq anası olan bacısı, 1987-ci il təvəllüdlü Leyla Müseyibova ilə mübahisə edib.

Mübahisəyə bacısının növbəti dəfə ər evindən küsüb ata evinə qayıtması səbəb olub.

Bacısının ər evindən küsərək ata evinə gəlməsini qəbul etməyən E.Abdulov onu Samur-Abşeron kanalının kənarına gətirərək suya itələyib.

Beləliklə, L.Müseyibova su kanalında boğularaq ölüb.

10:33

Avqustun 31-də gecə saatlarında Şabran rayon sakini 1987-ci il təvəllüdlü Leyla Müseyibovanın Samur-Abşeron kanalının Şabran rayonunun Ağbaş kəndi ərazisindən keçən hissəsində suda boğularaq ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Şabran rayon prokurorluğu məlumat yayıb.

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Araşdırmalarla zərərçəkmişin qardaşı, 1990-cı il təvəllüdlü Elşən Abdulov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Leyla Müseyibovanın qəsdən suya atılması nəticəsində boğularaq ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Elşən Abdulov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir