Manşet

Şərqi Çin dənizində göyərtəsində 43 nəfərin olduğu gəmi itdi

Panamaya məxsus “Gulf Livestock 1” yük gəmisi Şərqi Çin dənizində qeydə alınan “Maysak” tayfunundan sonra itib.

Xəbəri “Reuters” agentliyi yayıb.

Gəmi 14 avqustda Yeni Zelandiyanın Neypir şəhərindən Çinin Szintan limanı istiqamətinə doğru istiqamət götürüb.

Səfərin təxminən 17 gün çəkəcəyi ehtimal edilirdi.

Gəmidən fəlakət siqnalını alan Yaponiyanın Sahil Mühafizə Xidməti dərhal axtarışlara start verib.

Bu saata qədər davam edən axtarışlar nəticəsində yalnız bir ekipaj üzvünü xilas etmək mümkün olub.

Yük gəmisinin və digər heyət üzvlərinin axtarışları davam etdirilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir