Cəmiyyət

Rayon yolları açıldı, hotelə gedənlər bu qaydalara əməl etməlidir – Video

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti koronavirus pandemiyası dövründə Azərbaycanda hotellərin fəaliyyətinin təşkili qaydalarında dəyişiklik edib. Yeni qaydalara görə, mehmanxanalarda dezinfeksiya tədbirləri gücləndirilməli, hotel daxilində insanların kütləvi toplaşması ilə bağlı say məhdudiyyəti tətbiq edilməli, sosial məsafənin gözlənməsi üçün baryerlər qoyulmalıdır. Həmçinin işçi heyətlə təması minimuma endirmək üçün qonaqlara telefon, elektron poçt və digər tətbiqlər vasitəsilə əlaqə imkanları yaradılır. Bütün bunlar hotelləri öz işini pandemiya şərtləri çərçivəsində yenidən qurmağa məcbur edir. Digər tərəfdən, artıq bir neçə gündür ki, Bakı və regionlar arasında gediş-gəliş də bərpa olunub. Bu da daxili turizmdə canlanma vəd edir. Artıq Dövlət Turizm Agentliyi pandemiya dövründə karantin məkanları kimi istifadə olunan hotellərin kütləvi şəkildə rezervasiya edildiyini açıqlayıb.

Bəs hazırda bölgələrdəki turizm məkanları yeni qaydalar çərçivəsində qonaqları necə qarşılayır? “Qafqazinfo” bununla bağlı cənub bölgəsində mehmanxanalara baş çəkib, vəziyyətlə maraqlanıb.

İlk səfərimiz Lənkəran rayonunda yerləşən beş ulduzlu “Khazar Palace” hotelinə oldu. Hotelin girişində park olunan avtomobillərin sayı göstrirdi ki, qonaqların sayı kifayət qədərdir.

Hotelin İnsan resursları şöbəsinin müdiri Elnur Əliyevin sözlərinə görə, rayonlararası gediş-gəliş məhdudiyyətlərinin aradan qaldırılmasından sonra hotelə onlayn şəkildə rezervasiyalar daxil olur: “Sevindirici haldır ki, insanlar istirahət üçün müraciət edirlər. Nazirlər Kabinetinin son qərarı və “Səhman” proqramına əsasən, bütün qabaqlayıcı tədbirləri tamamlamışıq. Təlimatlar bütün şöbələrə paylanıb, işçilər məlumatlandırılıb. Çalışırıq ki, rezervasiyalar maksimum onlayn şəkildə olsun. Ödənişlər də onlayn formada, ən azı post-terminallar vasitəsilə həyata keçirilir. Hotelin ictimai-iaşə zonalarında da həmçinin masalar arasındakı məsafə də qorunur. Qonaqlar yola salındıqdan sonra minimum 3 saat otaqların havalandırılmasına vaxt ayrılır. Bütün qonaqlara maska təklif edirik. Hər mərtəbədə, otaqlarda dezinfeksiyaedici məhlullar qoyulub. Çalışırıq ki, liftdən deyil, pilləkənlərdən istifadə olunsun”.

Oxumağa dəyər:   Təhsil Nazirliyi vakansiyalar elan etdi

Hoteldə ən diqqətçəkən məqam girişdə xüsusi dezinfeksiya aparatı ilə bağlıdır. Hotelin həyətinə daxil olan şəxs əşyaları ilə birlikdə həmin aparatdan keçirilirək dezinfeksiya olunur. Həmçinin hər bir turistin məsafədən ölçə bilən termometrlə hərarəti ölçülür. Bundan əlavə, hoteldə xüsusi karantin otağı da ayrııb. Əgər hotelə gələn müştəridə virus əlamətləri aşkarlanarsa, o izolyasiya edilərək həmin otağa yerləşdirilir. Aidiyyati orqanlara məlumat verilir və onun tibbi müayinəsi həyata keçirilir.

E. Əliyevin bildirdiyinə görə, sentyabrın 8-dən etibarən rezervasiyalarda yavaş-yavaş artım müşahidə olunur. Hazırda hotelin doluluğu 40 faizdir.

Masallı rayonunda yerləşən “Vilesh Palace Hotel”də də eyni mənzərə ilə qarşılaşırıq.

Gələn qonağın hotelin girişində hərarəti yoxlanır, əllərinə dezinfeksiyaedici məhlul vurulduqdan sonra həyətə daxil olur. hotelin direktoru Loğman Qarayevin sözlərinə görə, koronavirus infeksiyası ilə əlaqədar bütün lazımi dezinfeksiya işləri görülüb, aparatlar quraşdırılıb, işçilərə təlimlər keçilib: “Qonaqlar çek-aut etdikdən 3 saat sonra otağı yenidən satışa veririk. Hər iki saatdan bir otaqlar havalandırılır. Çox istifadə olunan yerlər, məsələn resepşn, qapı qolları dezinfeksiya olunur. Hovuz ərazilərindən istifadə ilə bağlı da şərtlər var. Bir nəfər üçün 8 kv metr ərazi müəyyənləşdirilib və bütün işçilər bununla bağlı məlumatlandırılıb. hotelə gələn qonaqlardan təhlükəsizliyə riayət etmək üçün kovid testi verib-vermədiyi soruşulur. Biz bunun qeydiyyatını aparırıq. Rezervasiyalar, hətta yemək sifarişləri də telefon vasitəsilə həyata keçirirlər. hoteldə nəğdsiz ödənişlərə üstünlük verilir”.

Oxumağa dəyər:   Sabaha olan hava proqnozu

L. Qarayev də sentyabrın 8-dən bəri rezervasiyalarda artım olduğunu deyib. Onun sözlərinə görə, hazırda ohtelin doluluğu 50 faiz üzərindədir, həftə sonuna isə yüz faiz doluluq gözlənilir.

Bş çəkdiyimiz hotellərdə istirahət edən qonaqlar da yaradılan şəraitdən razılıq edirdilər. “Khazar Palace Hotel”də bir neçə gündür  dincələn Yaşar Əhmədov hoteldə yeni qaydalara tam riayət olunduğunu bildirib: “Dezinfeksiya işləri görülür, sosial məsafə saxlanır. Biz hətta axşamlar müşahidə edirik ki, bəzən müştərilər masaların yaxın yerləşdirilməsi üçün israr edirlər, amma hotel rəhbərliyi buna qarşı çıxır. Qaydalara tam riayət olunur və bu da yoluxmaların sayının azalmasına öz töhfəsini verəcək”.

Nurlana Məmmədova da yeni qaydalara və onlara əməl olunmasına görə məmnundur: “Uzun müddət idi ki, tətildən istifadə edə bilmirdik. Tətil imkanı yaranan kimi istirahət zonaları öz xidmətlərini təqdim etdilər. İki gündür ki, burada dincəlirik. Xidmətlərdən razıyıq. İstirahət edənlərin sayı azdır. Bu da görünür pandemiya şərtlərinə görə belədir. İstər qidalanma, istər istirahət yerində sosial məsafə qorunur. Uşaqlar hovuzda əylənərkən belə nəzarətdədirlər. Hovuza 3-4 uşaqdan artıq buraxılmır”.

Oxumağa dəyər:   “Dərs vaxtı”nın sabaha olan cədvəli

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir