Sosial

Məhkəmə qərar verdi: Lider TV-nin taleyi… – MTRŞ

Lider TV və Radio Azərbaycan MMC-nin müflis elan olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olmadığından Lider TV-nin lisenziyası qüvvədədir və kanal fəaliyyətini davam etdirir.

Bu sözləri Kult.az-a açıqlamasında MTRŞ sədrinin köməkçisi Fazil Novruzov Lider TV-nin Apellyasiya Məhkəməsinin qərarından sonra hansı şəkildə fəaliyyət göstərməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, Lider TV Milli Televiziya və Radio Şurasından aldığı lisenziya əsasında fəaliyyət göstərir:

“Lisenziyaya xitam verilməsə, kanal fəaliyyətini dayandıra bilməz. Məhkəmə prosesinin qanuni qüvvəyə minmiş hökmü olmadan Milli Televiziya və Radio Şurası Lider TV-nin fəaliyyəti ilə bağlı lisenziyaya xitam verilməsi məsələsinə baxmayacaq. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmalıdır. Belə bir qərar təqdim edilərsə, bundan sonra MTRŞ-da bu məsələ qaldırıla bilər”.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.

Apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb.

 

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir