PSJ-nin argentinalı yarımmüdafiəçi Anxel Di Maria Fransa çempionatının üçüncü turunda “Marsel”ə qarşı keçirilən oyunda yol verdiyi hərəkətə görə diskvalifikasiya oluna bilər.
Bu barədə “Daily Mail” agentliyi məlumat yayıb.
Qeyd olunur ki, hücumçu rəqib klubun müdafiəçisi Alvaro Qonsalesin üzünə tüpürdüyünə görə altı oyun yaşıl meydanlardan kənarda qala bilər.
Anxel Di Marianın rəqib futbolçuya qarşı yol verdiyi hərəkət oyunun videosuna təkrar baxdıqdan sonra müəyyən edilib.
Bu hərəkət COVID-19 protokolunun kobud pozulması hesab olunur.