Dünya

Bloger abunəçilərinin sayını artırmaq üçün özünü “öldürdü”

“Tik-Tok” sosial şəbəkəsində təxminən üç milyon abunəçisi olan Pakistanlı bloger Adil Radjput populyarlığını artırmaq üçün qəbuledilməz vasitəyə əl atıb.

“Devdiscourse” xəbər verir ki, blogerin həyat yoldaşı A. Radjputun yol nəqliyyat qəzası nəticəsində öldüyü barədə yalan məlumat yayıb.

Blogerin abunəçiləri xəbəri eşidən kimi onun evinə axışıblar və məlum olub ki, A.Radjput tam sağlamdır.

Xəbəri ictimailəşdirən A.Radjuputun xanımı yeni video yükləyərək ona yanlış məlumat verildiyini deyərək, mətbuatı da bu səhv xəbəri yaydığına görə ittiham edib.

Lakin internet istifadəçilərinin əksəriyyəti hesab edir ki, cütlük populyarlıq naminə saxta ölüm xəbərini yayıb.

Bununla belə, hadisə internetdə geniş müzakirə olunub, “#AdilRajput” həştəqi qısa müddətdə trendə çevrilib və blogerin öldüyünü iddia edən həyat yoldaşının videosu 7,6 milyon dəfə izlənilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir