Təhsil

Bakıda məktəbdə karantin qaydalarının pozulması ilə bağlı iddiaya RƏSMİ MÜNASİBƏT

Bir neçə gün əvvəl sosial şəbəkədə paytaxtın Suraxanı rayonunda yerləşən 278 saylı orta məktəbdə valideynlərin karantin qaydalarına riayət etmədiyinə dair foto paylaşılıb.

Vətəndaş iddia edir ki, rayonun Yeni Günəşli qəsəbəsində yerləşən 278 saylı orta məktəbin qarşısında və məktəbin həyətində karantin qaydalarına riayət edilmir. Fotoda isə yalnız məktəb ərazisindən kənarda sıxlıq olduğu görülür.

Bununla bağlı Bakı Şəhər Təhsil İdarəsinə müraciət etdik.

İdarədən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, ilk dərs günü şagirdlərin məktəbdə qarşılanması və yerləşdirilməsi pandemiya şəraiti səbəbindən sıxlıq yaşanmadan, növbəli şəkildə həyata keçirilib. Övladlarını məktəbin giriş qapısından içəri ötürdükdən sonra valideynlərə məktəbin həyətyanı sahəsini tərk etmələri tövsiyə olunub.

Qeyd olunub ki, hazırda təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na uyğun olaraq təşkil edilir. Dövlət tərəfindən tətbiq olunan qaydalar təhsilverənlərin və təhsilalanların sağlamlığının qorunması və mövcud təhlükənin qarşısının maksimum dərəcədə alınmasına yönəlib. Bu baxımdan mövcud sanitar-epidemioloji vəziyyətdə yoluxma hallarının qarşısının alınması, sıxlığın yaranmaması məqsədilə ümumi təhsil müəssisələrinə kənar şəxslərin daxil olması məhdudlaşdırılıb. Bu tədbirlərə dəstək verilməsində ümumilikdə cəmiyyətin hər bir üzvünün məsuliyyət payı var.

Sorğuda da qeyd olunduğu və şəkillərdə də göründüyü kimi, sıxlıq məktəbin ərazisində yaşanmayıb. Onu da qeyd edək ki, məktəb rəhbərliyi yalnız məktəbin ərazisində müvafiq qaydaların tətbiqinə məsuldur.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir