Siyasət

İlham Əliyevdən Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ilə bağlı SƏRƏNCAM

“Birləşmiş Millətlər Təşkilatının “Təhlükəli tullantıların sərhədlərarası daşınmasına və kənarlaşdırılmasına nəzarət haqqında Bazel Konvensiyası”ndan irəli gələn bəzi məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 15 yanvar tarixli 59 nömrəli sərəncamında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Dəyişikliyə əsasən, 59 nömrəli sərəncamın 2-ci hissəsində “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Təhlükəli Tullantıların İdarə Olunması Agentliyi” sözləri “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Ekoloji Təhlükəsizlik Xidməti” sözləri ilə əvəz edilib.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu dəyişiklik barədə Birləşmiş Millətlər Təşkilatına müvafiq bildiriş göndərməlidir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir