Dünya

Rusiyada bir gündə 149 nəfər koronavirusdan öldü

Rusiyada son bir gündə daha 6 595 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb. Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 1 128 836 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 149 nəfər artaraq 19 948-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 929 829 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 050 nəfər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir