Cəmiyyət Manşet

Obyektivlik unudulmamalıdır

Bu günlərdə sosial şəbəkəni ‘’Gündəm xəbər’’ saytında uzun illərdən bəri tanıdığımız Gəncənin qocaman təhsil ocaqlarından biri olan M.C.Paşayev kimi dahinin adını daşıyan 39 saylı məktəbin ünvanına yönəldilmiş,heç bir əsası olmayan bir sıra tənqidi yazılara rast gəldik.

Əvvəla onu qeyd edək ki,M.C.Paşayevin adını daşıyan bu təhsil ocağı fəaliyyəti dövründə həmişə təlim-tərbiyyənin, nizam-intizamın, qabaqcıl pedaqoji təcrübənin ünvanı kimi tanınmış,məzunlarının səsi həmişə mötəbər təhsil ocaqlarından gəlmişdir.

Xeyli vaxtdır məktəb pedaqoji kollektivinə təcrübəli müəllim,yüksək bilik və bacarığı ilə fərqlənən Nizami Rzayev başçılıq edir.Məktəbdə nizam-intizama yüksək səviyyədə diqqət yetirilir,neqativ hallara qətiyyətlə yol verilmir.Məktəbdə valideyin komitəsinin üzvləri vaxt aşırı şagirdlərin və pedaqoji kollektivin üzvlərinin fəaliyyətinə nəzarət edir,cüzi çatışmamazlığa özlərinin obyektiv münasibətini bildirir,kiçik bir nöqsanın aradan qaldırılmasına ciddi səy göstərir.Məhz bunun nəticəsidir ki,məktəbdə məktəblilərin yetirmə faizi,dərsə davamiyyəti daim nəzarətdə saxlanılır və bunların hamısı Nizami Rzayevin fəaliyyəti dövründə həyata keçirilir.

Yazida iddia edilir ki,guya məktəbin rəhbəri Nizami Rzayev və müəllimi Rəna müəllimə ‘’pul yığmaqla‘’məşğul olur.Bu qətiyyən doğru deyil.Çünki,məktəbimizin dövlətimiz tərəfindən hər bir təlabatı ödənilir və rəhbərliyimiz tərəfindən heç bir şəkildə başqa yerə mənimsənilmədən,məktəb və məktəblilərimizə sərf edilir.

Saytın məlumatına görə məktəb rəhbərliyi valideynlərlə şəxsən görüşərək,’’şirinlik ’’alır.Lakin,bu məlumatlar ,əsası olmayan və həqiqəti uyğun olmayan şayələrdir.Covid-19 pandemiyası ilə bağlı,bütün təhsil ocaqlarında olduğu kimi,39 saylı məktəbdə də,heç bir valideyinin məktəb binasına yaxınlaşmasına icazə verilmir.

Sizce,Nizami Rzayev kimi yüksək savada malik pedaqoq,normal şəraitdə belə rüşvətə şiddətlə qarşı olan bir rəhbər,necə olur ki,Covid-19 pademiyasının yayıldığı bir dövrdə ,qorxmadan valideyinlərlə bir başa əlaqədə olur və ‘’şirinlik’’alır.Bu şayələr məsğərəyə qoyulası və savadsızcasına yayılmış məlumatlardır.

Biz’’Gündəm xəbər’’saytının və eləcədə vaxtıilə bu adla  gündəlik çıxan qəzetin ‘’obyektivliyinə’’yaxşı bələdik.Bütün yazılmış qeyri-obyektivlik notları üzərində köklənən qəzet 10-15 dəfə müxtəlif məhkəmə iclaslarında müzakirə edilmiş yüksək məbləğdə cərimə edilmiş və iki ildir ki,qəzet öz fealiyyətini dayandırmalı olmuşdur.

Hazırrda ‘’Gündəm Xəbər’’adı ilə saytda yenə də öz çirkin fəaliyyətini davam etdirir.Müstəqil ölkəmizin mövcud qanundan səmərəli istifadə etmək əvəzinə,neqatin hərəkətlərə yol verən belə müstəqil qəzet və saytlara birgə mübarizə aparmağın vaxtı çoxdan çatmışdır.

Bizə belə gəlir ki,milli mətbuatımızın nümayəndələri Zərdabi ənənələrinə həmişə sadiq qalmalı və neqativ hallara qətiyyətlə son qoymalıdırlar!

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir