Heydər Əliyev Fondunun əməkdaşları Milli Ordumuzun Azərbaycanın ərazi bütövlüyü uğrundakı son uğurlu əməliyyatları ilə həmrəylik nümayiş etdirərək, bir aylıq əməkhaqqı məbləğində vəsaiti Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna köçürüblər.
2002-ci ildən yaradılan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fondu Silahlı Qüvvələrimizin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi üzrə formalaşıb.