Bakıda “Zara” mağazasında soyunub-geyinmə kabinəsinə müşahidə kamerası quraşdırılıb.
Anews.az xəbər verir ki, bu barədə Bakı sakini Xədicə Kərimova BAKU.WS-ə şikayətində bildirib.
Şikayətçi deyir ki, Bakıda malların birində yerləşən “Zara” mağazasında paltar alarkən əyninə olub-olmadığını bilmək istəyib. Bu səbəbdən də, kabinəyə keçərək əynini dəyişib. Sonradan isə orada müşahidə kamerasının olduğunu görüb.
“Açığı çox pis oldum. Axı nə səbəbə kimsə mənə baxmalıdır? Sonradan həmin görüntülərin internetdə yayılmayacağına kim zəmanət verir?”, – deyə şikayətçi bildirib.
<embed src=”https://baku.ws/video2/v.php?v=1249974″ width=”640″ height=”360”><embed>