Manşet

Qafqaz regionu çoxmillətli regiondur

Elə bu səbəbdən ölkəmizdə də,ləzgilər,xınalıqlılar,avarlar, tatlar, kürdlər və.s xalqlar Azərbaycanı özlərinə ana vətən bilib birgə mehriban yaşamışlar.Rəsmi məlumatlara görə ölkəmizdə 30 minə yaxın erməni də yaşayır. Azərbaycan xalqı tarix boyu mehriban, qonaqpərvər xalq olmuşdur. Bu səbəbdən xalqımız daim ermənilərə qucaq açmış , lakin qarşılığında da həmişə onların xəyanətinə məruz qalmışdır. Nəticədə tarixi xəyanətlərin sonunda erməni faşistləri 20 faiz torpaqlarımızı işğal etmişdir. 1 milyondan artıq məcburi köçkünü olan Azərbaycan xalqı 30 ilə yaxındır ki, danışıqlar yolu ilə torpaqlarımızın geri qaytarılmasının ümidi ilə yaşayıb. BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinə baxmayaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmamışdır. Ermənistanın Baş Naziri Nikol Paşinyan Minsk sülh prosesində razılaşdırılmış təməl prinsipləri açıq şəkildə rədd etməsi Bakının səbr kasasını daşdırdı.Ötən il avqustun 5-də onun “Dağlıq Qarabağ Ermənistanındır və nöqtə” deməsi ilə bir daha sübut olundu ki, ermənilər dinc yolla işğala son qoymayacaqlar. Rəsmi Yerəvan bütün bunlarla yetinməyib Tovuza etdikləri hücumla Azərbaycandan yeni torpaqlar ələ keçirmək həvəsinə düşdülər. Bu xain hücumların cavabı artıqlaması ilə verilməsinə baxmayaraq xalqımız general-mayor Polad Həşimov və yüzlərlə qeyrətli vətənpərvər oğlunu şəhid verdi. Azərbaycan xalqının Ümummilli Lideri mərhum Prezident Heydər Əliyevin dövlətçilik kursunun laiqli davamçısı cənab Prezident İlham Əliyev bütün bunların müqabilində rəsmi Yerəvana dəfələrlə xəbərdarlıq etdi, lakin azğınlaşmış ermənilər xaricdən aldıqları dəstəyə arxalanıb öz məkirli siyasətlərindən əl çəkmədilər. Onların bu amansız “vəhşiliklərinə” dünya göz yumur və görməzdən gəlir. Cənab Prezident İlham Əliyev xalqının ona inamına, xalqının verdiyi dəstəyə əsaslanıb hərb yolu ilə ana vətənimizin ərazi bütövlüyünü bərpa etməyə qərar verdi. Elə yenidən 27 sentyabr 2020-ci ildə mənfur düşmənimiz olan ermənilər illərlə davam edən atəşkəs rejimini pozaraq Azərbaycanı açıq şəkildə müharibəyə məcbur etdi. Təbii ki, Azərbaycan güclü bir dövlətdir və rəşadətli ordusu var. Hər zaman müharibəyə hazırdır, lakin Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan İlham Əliyev hər zaman sülh yolu ilə bu məsələnin həll olunmasını istəmişdir. Buna baxmayaraq düşmən heç bir zaman öz çirkin əməlindən əl çəkməmişdir. 10 oktyabr 2020-ci ilə nəzər salsaq Moskvada 10 saatlıq görüş baş tutdu. Bu görüşdə tərəflər arasında Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi və kriteriyalarına uyğun olaraq hərbi əsirlərin və saxlanılan şəxslərin dəyişdirilməsi və cəsədlərin mübadiləsi üçün humanitar məqsədlərlə atəşkəs elan olundu, bu atəşkəs saatlar ötməmiş işğalçı Ermənistan Respublikası tərəfindən pozuldu və onlar yenidən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni qəsdən hədəfə almaqla ağır artilleriyadan atəşə tutdular. Onların bu hücumu nəticəsində bir neçə insan həlak oldu, yaşayış məntəqələrinə ciddi ziyan dəydi, bir çox obyektlər məhv oldu. Əlbəttə ki, Azərbaycan xalqı çox güclü ordusuna arxalanaraq düşmənin bu acizanə hücumlarına görə öz yaşadığı məntəqələri tərk edəsi deyildir. Xalqımız əlinə silah alıb mənfur düşmənlərlə başa düşdüyü dildə danışıb torpaqlarımızı işğaldan azad etməyə hamılıqla hazırdır. İlk başda qeyd etdiyim kimi Qafqaz regionu çoxmillətli regiondur buna görə də igid oğullarımızın, əsgərlarimizin sırasında talışlar, tatlar, ləzgilər,kürdlər,avarlar və.s digər milli azlıqların nümayəndələri çiyin-çiyinə verib Azərbaycan vətəndaşı kimi bu vətənin torpağını,daşını öz qanı bahasına yağı düşmən tapdağından azad edirlər. Bu bir daha sübut edir ki, Azərbaycan tolerant ölkədir. Ermənistanın isə tarixən ölkədən qovduğu digər xalqların köməyinə möhtac vəziyyətdə qalıb. Xalqımız bir gün mütləq öz əzəli torpaqlarına geri qayıdacaq.O gün uzaq deyil. Bu şanlı qaləbələrimizin sonunda cənab Prezident Ali Baş Komandan İlham Əliyev öz adını Azərbaycan tarixinə qızıl hərflərlə yazdırmış olacaq. Yaşasın Azərbaycan ordusu. Yaşasın Azərbaycan. QARABAĞ AZƏRBAYCANDIR!

İmza. Güliyeva Nərmin Müxbir

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir