Cəmiyyət Manşet

Adil Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

 

Adil Vəliyev dövlətimizə və prezidentimizə sədaqət nümunəsidir!

 

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevi tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

 

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bizimlə görüş zamanı bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən islahatların uğurla davam etdirilməsi sayəsində əvvəlki illərdə olduğu kimi, cari ildə sosial-iqtisadi inkişaf sahəsində yüksək nailiyyətlər qazanılmış, genişmiqyaslı tikinti-abadlıq işləri görülmüş, mühüm sosial əhəmiyyətli layihələr həyata keçirilmişdir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında dövlətimizin gündən-günə artan qüdrətini, böyük məsuliyyət və təşkilatçılıq tələb edən dünya səviyyəli mötəbər tədbirləri belə yüksək səviyyədə keçirməyə qadir olduğunu da bir daha sübut etdi.

 

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, “xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür”. Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan,Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevdi

Adil Vəliyev böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Prezident İlham Əliyevdən nümunə götürən Adil Vəliyevin böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Adil Vəliyev insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Adil Vəliyev Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Adil Vəliyevbütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun Gəncə şəhər İcra Hakimiyyəti kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Azərbaycan jurnalistikasında analogiyalardan istifadə etmək kimi uğursuz bir təcrübə yayılmaqdadır.

Məsələn, hansısa bir məmur qanunsuzluğa rəvac verdiyinə görə işdən alınırsa, kütləvi informasiya vasitələri düşürlər həmin şəxsin eyni vəzifəni daşıyan həmkarlarının üstünə, başlayırlar oxşar nöqsanlar axtarmağa. Rast gəldikləri çatışmazlıq hallarını da “şişirdib” az qala ağır cinayət kimi təqdimedirlər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev haqqında şər və böhtan xarakterli yazıları dərc edən sayt rəhbərlərinə üzümüzü tutub deyirik ki,

Bu yüksək vəzifəli şəxs barədə yalan dolu məlumatlar yazan saytların çirkli yollarla pul qazanmaq niyyəti məlum olub. Amma həmin yazıları hazırlayan insanlar düşünməlidilər ki, uzun illər dövlətçiliyə sədaqətlə xidmət edən və yüksək vəzifələrdə çalışan Adil Vəliyevi şantaj yolu ilə ləkələyib gözdən sala bilməyəcəklər.

HƏQİQƏTƏ UYĞUN YAZILAR DƏRC EDİN. YOXSA ŞANTAJ XARAKTERLİ YAZILARDAN ƏL ÇƏKİN…….

P.S. Zirveyolu.info olaraq bəzilərinin diqqətinə çatdırır ki, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bizim müdafiəmizə ehtiyacı yoxdur. Yalan, böhtan xarakterli məlumatlar hazırlayıb yayan, bu məlumatlarla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin şərəf və ləyaqətini alçaltmaq düşüncəsində olan qəzet və saytlar həmin şantaj xarahterli yazılara görə üzr istəyəcəklər.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir