Manşet

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 663 yeni yoluxma faktı qeydə alınıb, 283 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 9 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 51 149 nəfər koronavirus infeksiyasına yoluxub, onlardan 41 693 nəfər müalicə olunaraq sağalıb, 688 nəfər vəfat edib, aktiv xəstə sayı 8 768 nəfərdir.

Ölkədə son sutka ərzində 9700, hazırkı dövrədək isə 1308048 test aparılıb.

Qeyd edək ki, 26 Oktyabrda 527 yoluxma faktı qeydə alındığı açıqlanmışdı.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir