Manşet

Ombudsman UNICEF-dən erməni terrorunun kiçik qurbanlarına qarşı daha şəffaf münasibət istədi

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) UNICEF-dən Ermənistan ordusunun Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən şəhərlərinə bombacıqlarla hücumunun balaca qurbanları olan Narin, Mədinə, Aysu, Şəhriyar, Artur, Fərid, Fidan, Nigar və Orxanla bağlı daha şəffaf münasibət göstərməsini və onların həlak olduğu yerlərin göstərilməsini istəyib.

Ombudsman bununla bağlı “Twitter” hesabında müraciət ünvanlayıb.

Qeyd edək ki, UNICEF Azərbaycanın dinc şəhərlərinə raket hücumlarının kiçik qurbanları ilə bağlı “bir daha uşaqların həyatını itirməməsi üçün Dağlıq Qarabağda və xaricində hərbi əməliyyatların dərhal və tam dayandırılmasını” istəmişdi. BMT-nin Uşaq Fondu bununla bağlı müraciətində erməni terrorunda ölən uşaqların siyahısını dərc etsə də, onların harada və necə həlak olmasını göstərməyib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir