Cəmiyyət

Düşmən hücumu nəticəsində zədələmiş infrastruktur bərpa edilir

Düşmən təxribatları nəticəsində telekommunikasiya infrastrukturuna dəymiş ziyan aradan qaldırılır.

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaydığı məlumatda qeyd olunub.

Məlum olduğu kimi, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrimizi intensiv şəkildə raket və ağır artilleriya atəşinə tutmaqda davam edir. Nəticədə Füzuli, Ağdam, Tərtər, Goranboy, Ağcabədi rayonlarının və cəbhə bölgəsindən uzaqda yerləşən Gəncə şəhərinin telekommunikasiya təsərrüfatına da ziyan dəyib.

Baş vermiş zədələnmələrin qısa vaxtda aradan qaldırılması, xidmətin verilməsinin dayanıqlığının təmin edilməsi məqsədilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Döyüş bölgəsində çalışan əməkdaşların təhlükəsizliyi üçün zəruri tədbirlər həyata keçirilir. Düşmənin təxribatları nəticəsində baş verə biləcək bütün zədələnmələrin qarşısını vaxtında almaq üçün “Aztelekom” tərəfindən telekommunikasiya üzrə vəziyyətə nəzarət gücləndirilib.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir