Fransa hökuməti koronavirus xəstələrini müalicə üçün Almaniyaya göndərməyə qərar verib.
Bu barədə “La Provence” xəbər verib.
Fransa Dövlət Xəstəxanalar Federasiyasının rəhbəri Frederik Valetu iş yükünün artmasından və tibb müəssisələrində yer azlığından şikayətlənib. Onun sözlərinə görə, vəziyyət xüsusilə Overn-Rona-Alp və O-de-Frans bölgələrində ağırdır.
“Xəstələrin başqa bölgələrə, hətta digər ölkələrə köçürülməsi iş yükünün azaldılmasına kömək edəcək və bəzən bu vacib olacaq”, – deyərək bəzi xəstələrin köçürülməsinin yaxın günlərdə planlaşdırıldığını söyləyib.
Oktyabrın 30-da məlum olub ki, Belçika da xəstəxanaların dolması səbəbindən COVID-19 xəstələrini Almaniyaya göndərməyə başlayıb. Həmçinin, ölkə pandemiya ilə bağlı ciddi məhdudlaşdırıcı tədbirlərə qayıdıb.