Manşet

Polis Şəkidə karantin rejiminə nəzarət edir

Şəki şəhərinin və rayonun Kiş kəndinin giriş-çıxışlarında polis postları qurulub.

Report xəbər verir ki, postlarda polis əməkdaşları və Daxili Qoşunların əsgərləri xidmət aparırlar. Şəhərə daxil olan avtomobillər yoxlanılır.

Sürücülərlə maarifləndirici söhbətlər aparılır. Onların diqqətinə tibbi maskadan istifadənin vacibliyi çatdırılır. Onlara bildirilir ki, görülən tədbirlər dünyanı bürüyən və Azərbaycandan da yan keçməyən pandemiyanın qarşısının alınması məqsədi daşıyır. Qaydaları pozanların isə barələrində qanunauyğun tədbirlər görülür.

Qeyd edək ki, ölkəmizin bir neçə şəhər və rayonunda karantin rejimi tətbiq edilir.

Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir