Manşet Səhiyyə

Koronavirusa ikinci dəfə yoluxmaq daha təhlükəli ola bilər

Rusiyanın N.F.Gamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin virusoloqu, professor Anatoli Altşteyn koronavirusa təkrar yoluxma və bu ehtimalın nə qədər əsaslı olması barədə “Sputnik” agentliyinə danışıb.
Virusoloq qeyd edib ki, koronavirusa qarşı əsas təbii müdafiə insanın öz immunitetidir:  
“İlk yoluxmadan sonra bədən özü ilə COVID-19 arasındakı baryeri gücləndirə bilər, lakin bu həmişə belə olmur. Xəstələnmiş insanlar diqqətli olmalı və digərləri kimi təhlükəsizlik qaydalarına riayət etməlidirlər”.
Professor qeyd edib ki, təkrar yoluxma prinsip etibarı ilə mümkündür, hətta xəstəlik birinci yoluxmadan daha şiddətli formada keçə bilər.
A.Altşteyn bildirib ki, artıq ilk yoluxmadan sonra infeksiyaya təkrar yoluxmanı müəyyən etmək olar və immunitetin ilk reaksiyasına əsasən, bu barədə növbəti proqnoz verilməsi mümkündür.
“Əgər ilk yoluxma zamanı xəstəlik özünü zəif göstəribsə və asimptomatik keçibsə, onda insan təkrar xəstələnə bilər”, – deyə A.Altşteyn qeyd edib.
Paylaş:

LEAVE A RESPONSE

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir