Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin pisləşəcəyi barədə xəbərdarlıq edib.
Xidmətdən verilən xəbərə görə, noyabrın 7-dən 8-i səhərədək Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensiv olacağı gözlənilir.
Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu 3-5 dərəcə aşağı enəcək.
Noyabrın 8-i səhərədək Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.